Sambo idman növü üzrə yeniyetmə və gənclər arasında dünya birinciliyi

Oct 10, 2024 - 19:06
Oct 12, 2024 - 19:07
 0  15
Sambo idman növü üzrə yeniyetmə və gənclər arasında  dünya birinciliyi
Sambo idman növü üzrə yeniyetmə və gənclər arasında  dünya birinciliyi
Sambo idman növü üzrə yeniyetmə və gənclər arasında  dünya birinciliyi
Sambo idman növü üzrə yeniyetmə və gənclər arasında  dünya birinciliyi

10-14 oktyabr 2024-cü il tarixlərdə Kipr Respublikasının Larnaka şəhərində yeniyetmələr və gənclər arasında Dünya birincilikləri keçiriləcəkdir.

Dünya birinciliyində 50-dən yuxarı ölkədən idmançıların iştirakı nəzərdə tutulmuşdur.

Bu idman tədbirində ölkəmizi yeniyetmələr (8 çəkidə) və gənclərdən (7 çəkidə) ibarət komandalar tam heyətlə ölkəmizi təmsil edəcəklər.

Yeniyetmələr: İsmayıl Əlipənahov (53 kq), Murad Fətullayev (58 kq), Cavad İsayev (64 kq), Kənan Məmmədli (71 kq), Roman Qarayev (79 kq),  Əli Əliyev (88 kq), Əbubəkir Hüseynov (98 kq), Hacbaba İmaməliyev (+98 kq)

Gənclər: Nicat İsmayılov (58 kq), Nicat Rəhimov (64 kq), Xudabaxış Əliyev (71 kq), Kərəm Babazadə (79 kq), Sülhan Süleymanlı (88 kq), Şahin Əsədov (98 kq), Orxan Məcidli (+98 kq)

Komandaya Milli yığma komandanın baş məşqçiləri Vahid Tarverdiyev və Bəxtiyar Hacıyev  rəhbərlik edəcəklər.